Azərbaycanın gənclər yığması İngiltərəyə böyük hesabla uduzdu
- 22 Mar 2024 18:00
- 185
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı kollektiv F qrupunda İngiltərə ilə qarşılaşıb.
“Azərsun Arena”da keçirilən görüş qonaqların böyük hesablı qələbəsiylə yekunlaşıb.
Bununla ingilislər xallarının sayını 15-ə yüksəldiblər. Azərbaycan millisi isə 3 xalda qalıb.
Azərbaycanın U-21 millisi martın 26-da hazırda qrupun lideri olan Ukraynanı qəbul edəcək.
Avropa çempionatının seçmə mərhələsi
F qrupu
22 mart
Azərbaycan - İngiltərə 1:5
Qollar: Ramin Nəsirli, 85 - Harvi Elliot, 25; 67. Noni Madueke, 29. Harvud-Bellis, 53. Arçi Qrey, 88.
Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina)
Bakı, “Azərsun Arena”.