Azərbaycanın gənclərə ən çox şans verən klubları bəlli oldu
- 27 Sen 2021 17:33
- 653
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) bu mövsüm 21 yaşadək futbolçulara ən çox şans verən klubların adlarını açıqlayıb.
Rekord.az xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqası klublarının da bu göstərici üzrə sıralaması qeyd olunub.
Premyer Liqada bu mövsüm gənc futbolçulara ən çox şans verən “Qəbələ” klubudur. Əyalət təmsilçisində 21 yaşadək olan oyunçulara orta hesabla 11,5 faiz şans verilib.
2-ci sırada “Sumqayıt” klubu yer alıb. “Kimyaçılar”da gənclərə 10,8 faiz şans verilib. İlk üçlüyü “Zirə” klubu tamamlayır. Qəsəbə təmsilçisində gənclərə verilən şans 10,5 faizlə göstərilib.
“Neftçi” (10,8 faiz) 4-cü, “Sabah” (10,1) 5-ci, “Qarabağ” (9,1) 6-cı, “Səbail” (9,0) 7-cidir. Premyer Liqada gənclərə ən az şans verən komanda 5,1 faizlə “Keşlə”dir.
Yaş ortalaması ən aşağı olan (25,48) “Qəbələ”dir. “Keşlə” isə 28 yaş ortalamasıyla sonuncudur.