Azərbaycanın güləş yığmaları yeni ildə ilk təlim-məşq toplanışına başladılar
- 13 Yan 2025 21:40
- 61
Güləş üzrə milli komandalarımız təlim-məşq toplanışına start verib.
Rekord.az xəbər verir ki, hər üç millimiz Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçir.
Güləşçilərimiz məşqçilərin nəzarəti altında həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirir.
Sərbəst güləş üzrə yığmanın bir qrupu yanvarın 19-da Dağıstana yollanacaq. Komandamızın əsas heyəti fevralın 1-dək Mahaçqalada təlim-məşq toplanışı keçəcək.
Yunan-Roma və qadın güləşi üzrə millilərimiz isə 5-9 fevralda Xorvatiyada keçiriləcək ilin ilk reytinq turnirinədək məşqləri doğma məkanda davam etdirəcək. Hər iki komandamız “Zaqreb Open”dən sonra qarşıdakı mühüm yarışlara ölkə xaricində hazırlaşacaq.