Azərbaycanın hakimlər Avropa Kubokuna təyinat aldılar
- 15 Fev 2024 21:31
- 208
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyası tərəfindən avrokubok oyununa təyinat alıblar.
Rekord.az xəbər verir ki, onlar kişilər arasında Avropa Kubokunun 1/8 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.
Bu, Bosniya və Herseqovinanın “Voqoşka” və Rumıniyanın “Minamur Baya Mare” komandaları arasında keçiriləcək cavab görüşünə təsadüf edəcək. Qarşılaşma fevralın 18-də Voqoşka şəhərindəki “Sportska Dvorana Amel Beçkoviç” zalında təşkil olunacaq.
Komandalar arasında Rumıniyada baş tutan ilk oyunda “Minamur Baya Mare” 36:26 hesablı qələbə qazanıb.