
Azərbaycanın həndbol millisinin rəqibləri müəyyənləşdi
- 12:40
- 44
Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin beynəlxalq turnirdəki rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, yığmanın inkişaf etməkdə olan ölkələrin çempionatında üz-üzə gələcəyi komandalar müəyyənləşib.
Martın 11-dən 16-dək Bolqarıstanın Varna şəhərində təşkil olunacaq yarışa 4 qitəni təmsil edən 8 ölkənin kollektivi qatılacaq.
Bu komandalar ilkin mərhələdə iki qrupda mübarizə aparacaqlar. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan seçməsi ABŞ, Nigeriya və Moldova milliləri ilə birgə B qrupunda yer alıb.
A qrupunda isə ev sahibi Bolqarıstan, Böyük Britaniya, Kipr və Paraqvay komandaları yarışacaqlar.
2023-cü ildə keçirilən son analoji çempionatın qalibi Kuba kollektivi olub.