İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Nazənin Teymurova Bolqarıstanın Varna şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda finala yüksəlib.

Rekord.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, o, dayaqlı tullanma proqramında həlledici mərhələdə iştirak hüququ qazanıb.

Bu gün start götürən Dünya Kubokuna mayın 26-da yekun vurulacaq.