Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə uduzdu
- 03 İyn 2023 18:45
- 370
Azərbaycan cüdoçusu İbrahim Əliyev Tacikistanın paytaxtı Düşənbədə keçirilən qran-pridə bürünc medal qazanmaq şansını əldən verib.
Rekord.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə fransalı Benyamin Axusa uduzub.
Eyni çəkidəki Nurlan Osmanov da bürünc medal qarşılaşmasında meksikalı Gilberto Kardosoya yenilib.
Xatırladaq ki, daha əvvəl Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb.
Yarış iyunun 4-də başa çatacaq.