Azərbaycanın iki güləşçisi Avropa çempionu oldu
- 21 May 2024 23:40
- 214
Güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, ikinci yarış gününün axşam seansında yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da medalçılar müəyyənləşdirib.
Millimiz hesabına 2 qızıl və 2 bürünc medal yazdırıb.
Rəşad Məmmədov (55 kq) ukraynalı İvan Stefanskiyə 7:0 hesabıyla qalib gələrək medal hesabımızı açıb və fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Ziya Babaşov (63 kq) gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında moldovalı Vitali Yeriomenkonu minimal fərqlə (3:2) üstələyərək U-23 Avropa çempionatının qalibi olub.
Xasay Həsənli (77 kq) də ona bəslənən ümidləri doğruldub. Həlledici görüşdə türkiyəli Yüksel Sarıçiçekə (10:1) heç bir şans tanımayan həmyerlimiz 2-ci dəfə U-23 Avropa çempionatında baş mükafata yiyələnib.
Gündüz seansında təsəlliverici görüşdə rumıniyalı Patrik Qordanı (4:3) mübarizədən kənarlaşdıran Laçın Vəliyev (87 kq) son qarşılaşmada belaruslu İlya Mialeşçikin (4:1) də öhdəsindən gəlməklə növbəti analoji yarışda bürünc medalı boynundan asıb.