Azərbaycanın iki güləşçisi ilk “10-luq”da
- 01 Apr 2020 11:20
- 934
Dünya Güləş Birliyi (UWW) sərbəst güləşdə olimpiya çəkiləri üzrə yeni reytinq sıralamasını açıqlayıb.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının iki üzvü öz çəkilərində ilk “10-luq”da yer alıb.
Dünya çempionatında gümüş medal qazanan Şərif Şərifov (91 kq) 40 xalla 3-cü yerdədi.
Avropa çempionatında bürünc medal əldə edən Camaləddin Məhəmmədov (125 kq) isə 34 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, reytinq sıralaması dünya çempionatı və ondan sonra keçirilən mühüm turnirlərin nəticələrinə əsasən formalaşıb.