Azərbaycanın iki idmançısı lisenziya turnirinin finalında
- 06 Apr 2022 22:21
- 447
Azərbaycanın boççia idman növü üzrə paralimpiyaçıları Bəhruz Miryəyev (BC-4) və Sona Ağayeva (BC-2) Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında finala vəsiqə qazanıblar.
Rekord.az xəbər verir ki, finalda Mirzəyev ukraynalı Artyom Kolinko, Ağayeva isə portuqaliyalı Ana Korreya ilə qarşılaşacaqlar.
Digər idmançı Orxan Kərimov (BC-2) isə bürünc medal uğrunda qarşılaşmada çexiyalı Yozef Zabka ilə mübarizə aparacaq.
Final görüşü aprelin 7-si saat 19.00-da, bürünc medal uğrunda qarşılaşma isə saat 18.00-da başlayacaq.
Yarış Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.