Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.

Rekord.az xəbər verir ki, Zöhrə Ağamirova, Alina Gözəlova və İlona Zeynalovadan ibarət Azərbaycan komandası 4 hərəkətin cəmində 252.300 xal toplayaraq yekun sıralamada birinci olub.

Bu, Azərbaycanın İslamiadada qazandığı 11-ci qızıl medaldır.