Azərbaycanın İslamiadada ilk qızıl medalı
- 08 Avq 2022 20:39
- 529
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb.
Rekord.az xəbər verir ki, Anna Skidan çəkicatma növündə bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
30 yaşlı idmançı finalda 70,23 metr nəticə göstərib.
Xatırladaq ki, Anna Skidan 2017-ci ildə Bakıda keçirilmiş 4-cü İslam Həmraylik Oyunlarında da qızıl medal əldə etmişdi.