Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində növbəti görüşlərini keçirib.

Rekord.az xəbər verir ki, yığmamız yarımfinalda İrlandiyaya 21:12 hesabı ilə qalib gəlib.

Finalda isə yığmamız Kipr seçməsi ilə üz-üzə gəlib. Komandamız rəqibini 20:18 hesabı ilə üstələyərək Avropa Kubokuna vəsiqə qazanıb.

Əsas mərhələ 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada olacaq.

Daha əvvəl qadınlardan ibarət milli də final mərhələsinə yüksəlmişdi.