Azərbaycanın qadın atıcıları təsnifatda 18-ci və 26-cı oldular
- 29 İyn 2023 19:15
- 330
Azərbaycanın qadın atıcıları Ülviyyə Eyvazova və Aydan Camalova Polşada keçirilən 3-cü Avropa Oyunlarında trap yarışlarına start veriblər.
Rekord.az xəbər verir ki, idmançılar təsnifat mərhələsinin 1-ci günündə çıxış ediblər.
30 idmançı arasında Aydan Camalova 75 hədəfdən 68-ni dəqiq nişan almaqla 18-ci, Ülviyyə Eyvazova isə 64 dəqiq atəşlə 26-cı yeri tutub.
Qadın atıcılar iyunun 30-da təsnifat mərhələsinin ikinci günündə mübarizə aparacaqlar.
Daha öncə kişi atıcı Ruslan Lunyov 25 metr məsafəyə tapança ilə sürətli atəş açmanın ilk təsnifatında 6-cı yeri tutmuşdu.