Azərbaycanın şahmatçısı DÇ-yə üç qələbə ilə başladı
- 18 Noy 2022 19:45
- 437
Azərbaycanın veteran şahmatçısı Fikrət Sideifzadə İtaliyanın Assizi şəhərində keçirilən dünya çempionatının ilk üç turunda qələbə qazanıb
Rekord.az xəbər verir ki, veteranlar arasında Azərbaycan çempionatının qalibi olan iti zəka sahibi IV turda əfsanəvi gürcü şahmatçısı Nona Qaprindaşvili ilə qarşılaşacaq.
Sideifzadə ilə yanaşı daha 10 veteran şahmatçı 3 turdan sonra maksimum nəticə göstərib.
Qeyd edək ki, dünya çempionatında 51 ölkədən 352 şahmatçı iştirak edir. Turnir 11 turdan ibarətdir.