Azərbaycanın stolüstü tennis yığması AÇ-yə qatılacaq
- 23 Yan 2024 11:30
- 223
21 yaşadək stolüstü tennisçilərdən ibarət Azərbaycan yığması ilk dəfə Avropa çempionatına qatılacaq.
Rekord.az xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək qitə birinciliyində ölkəmizi 2 idmançı təmsil edəcək.
Millinin baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi altında Zemfira Mikayılova və Ləman Abdulhəmidova yarışda mübarizə aparacaqlar. Hər iki idmançı şəxsi reytinqlərinə əsasən iştirak hüququna yiyələniblər.
Qeyd edək ki, sabah startı veriləcək Avropa çempionatına yanvarın 28-də yekun vurulacaq.