Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar
- 04 İyl 2023 15:45
- 287
Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi Çinin Şanxay şəhərində təlim-məşq toplanışında iştirak edəcək.
Rekord.az xəbər verir ki, komanda iyulun 4-də start götürəcək hazırlıq prosesi üçün sözügedən ölkəyə yollanıb.
Avqustun 15-də başa çatacaq toplanışa məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə Tunar Bağırov, Xədicə Eylazova, Yağmur Məmmədli, və Onur Quluzadə qatılacaq.
Qeyd edək ki, yığma avqustun ikinci yarısında Fransanın Strasburq şəhərindəki Avropa çempionatında da mübarizə aparacaq.