Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar
- 10 Noy 2024 15:25
- 118
Azərbaycanın stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışında iştirak edəcəklər.
Rekord.az xəbər verir ki, seçmə komandanın üzvləri bu məqsədlə Çin Xalq Respublikasına yollanıblar.
Şəbnəm Mansurova, Banu Baytallı, Onur Quluzadə və Tunar Bağırov baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Şanxay şəhərində, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli isə, məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə Hebey şəhərində yerləşən stolüstü tennis mərkəzində hazırlıq keçəcək.
Toplanışlar noyabrın 27-də yekunlaşacaq.