«Bakı»nın keçmiş futbolçusu Valeh Seyidov Azərbaycan ordusuna yollanıb. O, ali təhsilini yarımçıq qoyaraq, bugündən etibarən əsgəri xidmətə başlayb.

Rekord.az xəbər verir ki, yaxınlaradək Azərbaycanın ən perspektivli futbolçularından sayılan, müxtəlif yaş qrupları üzrə ölkə çempionatının bombardiri olan Valeh "Bakı"nın sabiq icraçı direktoru Yaşar Seyidovun oğludur.

Qeyd edək ki, orduya könüllü yollanan Valeh Yaşar Seyidovun yeganə oğludur. Sözsüz, bir ata kimi onun övladını cəbhə bölgəsinə yola salması digər futbol adamlarına da nümunədir