Azərbaycan futboluna ağır itki üz verib.

Rekord.az xəbər verir ki, ölkənin tanınmış məşqçilərindən olan Zakir Mahmudov dünən axşam saatlarında vəfat edib.

Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Mahmudov son zamanlar tanınmaz hala düşmüşdü və yataqdan qalxa bilmirdi.

Qeyd edək ki, Zakir müəllim daha çox "ikinci məşqçi" kimi tanınsa da öz işinin peşəkarı idi. Onu əminliklə ölkəninən yaxşı "köməkçi məşqçisi" adlandırmaq olardı. Karyerası boyu Sumqayıt "Xəzər"nda Sabir Əliyevin, "Şəmkir"də Ağasəlim Mircavadovun, "Karvan"da Yunis Hüseynovun köməkçisi kimi çalışmışdı. 1997-98-ci il mövsümündə qısa müddətdə "Sumqayıt"ən baş məşqçisi olmuşdu. Karyerasının son illərində "Sumqayıt Futbol Akademiyası"nda çalışsa da, kateqoriyası olmadığı üçün oradan ayrılmalı olmuşdu.