"Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının sabiq futbolçusu Elbrus Abbasov koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, keçmiş hücumçu təqribən 5-6 gün öncə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan Abbasovun süni tənəffüs aparatına qoşulduğu bildirilir.

O, noyabrın 28-də "Qarabağ" klubu ilə birlikdə Ağdama səfər etmişdi.

Qeyd edək ki, Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi də fəaliyyət göstərib.