Azərbaycanın tanınmıış futbol məşqçisi Qəhrəman Əliyev koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, onun test nəticələri pozitiv çıxıb.

Vaxtilə «Viləş», «Şəmkir», «Xəzər Lənkəran», «Masallı», MOİK və «Bakı» kimi klublarda çalışmış mütəxəssis Masallı Şəhər xəstəxanasına yerləşdirilib.

Əliyevin durumunun normal olduğu deyilir.