Azərbaycanın 15 yaşadək qızlardan ibarət millisi yoxlama görüşü çərçivəsində U-17 yığmamızla qarşılaşıb.

Rekord.az xəbər verir ki, milli Komandaların təlim-Məşq Mərkəzində baş tutan matç 3:3 hesabı ilə yekunlaşıb.

U-15-in qollarını Tahirə Rəcəb, Məryəm Səmədli və Sara Səlimova vurublar. U-17-nin heyətində Aylin Kərimova biri onbirmetrlik zərbədən olmaqla iki dəfə, Yelizaveta Vaysman isə bir dəfə fərqlənib.