21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sentyabrın 7-də Fransa ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb. 

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Milan Obradoviçin baş məşqçilik etdiyi komanda avqustun 28-də təlim-məşq toplanışına başlayacaq. 

Qeyd edək ki, U-21-in Fransa ilə matçı Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək. Qarşılaşmaya saat 21:00-da start veriləcək.

Kamran İbrahimov (“Neftçi”), Şahin Zəkiyev, Turan Manafov (hər ikisi “Səbail”), Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Samir Məhərrəmli, Ozan Can Kökçü (hamısı “Sabah”), Rauf Hüseynli, Nihad Tamazov, Toral Bayramov, Elvin Cəfərquliyev (hamısı “Qarabağ”), İdris İnqilablı, Rövlan Muradov (hər ikisi “Qəbələ”), Turan Vəlizadə (“Keşlə”), Hacıağa Hacılı (“Zirə”), Mərt Çelik, Əmrə Kaplan (hər ikisi “Başakşəhər”, Türkiyə), Fərid Nəbiyev (“Viktoriya”, Çexiya), Səbuhi Abdullazadə, Rüfət Abdullazadə, Süleyman Əhmədov (hamısı “Sumqayıt”), Muhammed Mustafa Yıldırım (“Alanyaspor”, Türkiyə).