![photo](https://www.rekord.az/storage/uploads/5/u-21-5.jpg)
Azərbaycanın U-21 millisinin Serbiya ilə matçının yeri açıqlandı
- 03 Avq 2023 18:10
- 580
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Serbiya ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma səfər matçına sentyabrın 12-də çıxacaq.
Serbiya Futbol Federasiyasının Stara Pazova şəhərində yerləşən İdman Mərkəzində oynanılacaq qrupun ilk qarşılaşmasının başlama saatı hələlik bəlli deyil.
Qeyd edək ki, Azərbaycan millisi AÇ-2025-in seçmə mərhələsində İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə birlikdə F qrupunda mübarizə aparacaq.