21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı yığmamız A qrupundakı ikinci matçında səfərdə Avstriya ilə üz-üzə gəlib.

“Kayne Zorgen Arena”da baş tutan qarşılaşma yığmamızın növbəti məğlubiyyəti ilə nəticələnib. Komandamız bu dəfə 6 cavabsız qola üzülüb.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.

AÇ-2023-ün seçmə mərhələsi
A qrupu

7 sentyabr

Avstriya – Azərbaycan 6:0
Qol: Ç.Adamu, 3; 40. E.Ayvu, 19. R.Şmid, 85. T.Anselm, 90; 90+3.
Baş hakim: Amin Kurqheli (Belarus).
Rid. “Kayne Zorgen Arena”.

Avstriya: 1. Niklas Hedl, 2. Luka Kronberger, 3. Leo Qreyml, 5. Flavius Danilyuk (k), 8. Vesel Demaku, 9. Çikvubuike Adamu, 10. Romano Şmid, 13. Nikolas Seyvald, 17. Yonas Auer, 18. Patrik Vimmer, 22. Emanuel Ayvu.
Ehtiyat oyunçular: 12. Lukas Qütlbauer, 3. David Affenqruber, 6. Kristofer Klarer, 7. Aleksandr Prass, 11. Mamadu Ballo, 16. Lukas Sulzbaxer, 19. Matteus Taferner, 20. Tobias Anselm, 21. Lion Şuster.
Baş məşqçi: Verner Qreqoriç.
Azərbaycan: 22. Nicat Mehbalıyev, 2. Elçin Mustafayev, 4. Mert Çelik, 6. Ədilxan Qarəhmədov, 7. Turan Vəlizadə, 9. Musa Qurbanlı, 11. Şakir Seyidov, 15. Camal Cəfərov, 17. Rüfət Abdullazadə, 18. Cəlal Hüseynov, 21. İsmayıl Zülfüqarlı.
Ehtiyat oyunçular: 12. Əkbər Vəliyev, 3. Arsen Ağcabəyov, 5. Rauf Hüseynli, 8. Səbuhi Abdullazadə, 10. Veysəl Rzayev, 14. Vüsal Əsgərov, 16. Fərid Yusifli, 19. Kamran Quliyev, 23. Asim Əlizadə.
Baş məşqçi: Milan Obradoviç.