Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu
- 22 Apr 2024 23:00
- 299
Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının 5-ci günündə çıxışını qələbə ilə başa vurub.
Rekord.az xəbər verir ki, Zeynəb Rəhimova (52 kq) 1/8 finalda Nikola Primaçenkonu (Polşa) 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib.
O, aprelin 23-də Venelina Poptoleva (Bolqarıstan) ilə döyüşəcək.
Məhsəti Həmzəyeva (57 kq) da ilk qarşılaşmasını aktivinə yazıb. İdmançı 1/8 finalda Rebeka Dobosu (Macarıstan) məğlub edib – 5:0 (30:27, 30:27, 30:26, 30:25, 30:27). Həmzəyeva 1/4 finalda Svetlana Kamenova (Bolqarıstan) ilə üz-üzə gələcək. Görüş aprelin 23-nə təsadüf edəcək.
Yığmamızın lideri Alfonso Dominqes (92 kq) isə adını yarımfinala yazdırıb. Dünya çempionu 1/4 finalda isralilli Yan Zaka 4:3 hesabı ilə qalib gəlib. O, yarımfinala vəsiqə ilə özü üçün azı bürünc medalı təmin edib. Dominqes növbəti görüşünü aprelin 25-də keçirəcək.
Bu gün Anaxanım İsmayılova (48 kq) da Lusine Gevorqyanı (Ermənistan) mübarizədən kənarlaşdıraraq 1/4 finalda iştirak hüququ qazanıb.