
Azərbaycanın üç boksçusu beynəlxalq turnirdə qələbə qazandı
- 25 Fev 2025 12:40
- 67
Azərbaycanın üç boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “Strandja” turnirinə qələbə ilə başlayıb.
Rekord.az xəbər verir ki, 57 kq-da çıxış edən Zəlimxan Süleymanov Davlet Moldaşevlə (Qazaxıstan) qarşılaşıb.
Görüş Süleymanovun 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda ilk mərhələdən azad olan Miçele Baldassi (İtaliya) ilə gücünü yoxlayacaq.
Nəbi İsgəndərov (67 kq) 1/4 finala döyüş keçirmədən vəsiqə qazanıb. Buna onun rəqibi Şpetim Bayokunun (Kosovo) görüşə çıxmaması səbəb olub. İsgəndərov yarımfinala gedən yolda Rumen Rumenovla (Bolqarıstan) üz-üzə gələcək.
Zaur Qəhrəmanov (67 kq) isə 1/8 finalda OKonnor Darrendən (İrlandiya) güclü olub. Boksçu 4:1 (30:27, 30:27, 30:27, 29:28, 28:29) hesabı ilə qələbə qazanıb. O, ikinci görüşündə Canluici Malanqa (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.
Turnirə martın 2-də yekun vurulacaq.