Azərbaycanın suya tullanma növü üzrə idmançısı Məhəmməd Hüseynov Bolqarıstanın Varna şəhərində keçirilən "Üçüncü Balkan Gənclər Çempionatı" beynəlxalq turnirində gümüş medal qazanıb.

Rekord.az Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Hüseynov E qrupunda ikinci yerə layiq görülüb.

Yarışda 10 ölkədən 110 idmançı mübarizə aparır. Azərbaycanın üzgüçüləri Anton Melnikov və Anqelina Melnikovanın rəhbərliyi altında çıxış edirlər.