Azərbaycanın veteran cüdoçularından Avropa çempionatında 11 medal
- 09 İyn 2024 17:30
- 327
Azərbaycan idmançıları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının fərdi yarışlarında 3 qızıl və 8 bürünc medal əldə edib.
Rekord.az xəbər verir ki, 6-9 iyunda keçirilən çempionatda Azərbaycan cüdoçuları 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunub.
Fərdi yarışların sonuncu günündə M2 yaş kateqoriyası üzrə -66 kq. çəkidə Vüsal Kərimov və -100 kq. çəkidə Elçin Məmmədov bürünc medal qazanıb. -90 kq. çəkidə Oqtay Paşayev 7-ci yerə çıxıb.