Futbol üzrə Slovakiya yığmasının yarımmüdafiəçisi Matuş Bero UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, 27 yaşlı futbolçu 1:2 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:

“Bu məğlubiyyət bizi məyus etdi. İlk hissədə komandada lazımsız əsəb var idi. Hələ də yeni baş məşqçiyə və onun oyun üslubuna alışırıq. Buna daha çox vaxt lazımdı. İkinci hissədə istədiyimiz futbolu oynadıq”.