“Azərbaycanla matçda da qələbə qazanmaq istəyirik” - Tomasson
- 16:30
- 31
“Sabahkı oyunda da qələbə qazanmaq istəyirik”.
Rekord.az xəbər verir ki, bunu İsveç yığmasının baş məşqçisi Yon Dal Tomasson Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı tur matçından əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis C Liqasının ən yaxşı komandası olmaq istədiklərini bildirib: "DÇ-2026 üçün buradan pley-off şansı əldə edə bilərik".
O, bir neçə oyunçunun zədəli olduğunu da söyləyib: "Sabah səhər tibbi müayinədən sonra heyətlə bağlı son qərarı verəcəyik".
Noyabrın 19-da "Strouberri Arena"da təşkil olunacaq İsveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.