"Çox vacib qələbə qazandıq. Növbəti matça iki gün qaldığını nəzərə alsaq, yaxşı oynadığımızı deyə bilərik".

Rekord.az xəbər verir ki, bu fikirləri Serbiya yığmasının futbolçusu Aleksandar Mitroviç İrlandiyanı evdə 3:2 hesabı ilə məğlub etdikləri dünya çempionatının seçmə oyunu barədə danışarkən deyib.

"Fulhem"də çıxış edən 27 yaşlı hücumçu vaxt keçdikcə daha yaxşı çıxış edəcəklərini söyləyib:

"Seçmə mərhələyə uzun müddətdir ki, qələbə ilə başlamırdıq. Bu, Portuqaliya və Azərbaycanla matçdan əvvəl vacib məqamdır. İnanıram ki, qarşıdakı görüşlərdə də yaxşı oynamağa davam edəcəyik".

Serbiya millisi martın 27-də Portuqaliyanı qəbul edəcək, martın 30-da isə Azərbaycan yığmasının qonağı olacaq.