"Azərbaycanla oyuna hazırlaşmaq çətin olacaq"
- 11 Okt 2019 19:00
- 815
"Macarıstandan bizi dəstəkləməyə gələn azarkeşlərimizdən üzr istəyirəm. Komandamız batan gəmiyə bənzəyirdi. Amma mən kapitanam. Rəqibin bizdən güclü olduğunu bilirdik, lakin belə uduzmamalı idik".
Rekord.az xəbər verir ki, bu sözləri Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında deyib.
Adi epizodlarda səhvə yol verdiklərini bildirən italiyalı mütəxəssis millimizlə qarşıdan gələn oyun haqda da danışb: "Bugünkü məğlubiyyətdə hər kəsin günahı var. Dörd-beş inanılmaz fərdi səhvə yol verdik. Qələbə qazanmaq istəyiriksə, qarşıdakı oyuna tamamilə başqa münasibət göstərməliyik. Azərbaycanla bazar günü keçiriləcək oyuna hazırlaşmaq çətin olacaq. Ancaq komanda bir olub, inkişaf etməlidir".
Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.