Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi İrlandiya yığmasının baş məşqçisi Stiven Kenni komandamızla keçirəcəkləri matç barədə danışıb. 

Rekord.az xəbər verir ki, 50 yaşlı mütəxəssis diqqətlərini Azərbaycan millisi ilə oyuna yönəltdiklərini deyib: 

"Qarşıda bizi Azərbaycanla səfər oyunu gözləyir. Bu matçda qalib gəlmək istəyirik. Qətərlə yoldaşlıq matçımız da var. Hazırda tamamilə bu iki qarşılaşmaya fokuslanmışıq".

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlayacaq.