Futbol üzrə Monteneqro milli komandasının qapıçısı Milan Miyatoviç UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Lalyak-İliç” stadionunda keçiriləcək Azərbaycanla oyundan öncə fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, Budapeşt MTK-sının şərəfini qoruyan 33 yaşlı qolkiper bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Azərbaycan millisi ilk oyunda nümayiş etdirdiyi futbolla keyfiyyətli komanda olduğunu göstərdi. Biz qrup liderliyi uğrunda mübarizə aparırıq və bu oyunda Lüksemburqla qarşılaşmada buraxdığımız səhvləri təkrarlamamağa çalışacağıq”.