"Azərbaycanla oyunda qələbə üçün vuruşmalıyıq"
- 03 Sen 2020 19:00
- 570
“Bütün futbolçularımız milli komandanın forması ilə matça çıxmaq üçün səbirsizlənir. Artıq 10 aydır ki, bir araya gəlmirdik. Çox şey vəd edə bilmərik. Çünki qrupda şanslar bərabərdir. İnanıram ki, Millətlər Liqasına qələbə ilə başlayacağıq”.
Rekord.az xəbər verir ki, bu fikirləri Monteneqro yığmasının futbolçusu Aleksandr Bolyeviç UEFA Millətlər Liqasında Kiprlə keçirəcəkləri matçdan öncə "Sportklub" nəşrinə danışarkən deyib.
25 yaşlı yarımmüdafiəçi komandasının qrupdakı şanslarını dəyərləndirib:
"Milli komanda bizə çox şey verdi. Yığmadakı oyunlar bəzi futbolçuların transferlərinə köməklik göstərib. Qrupda Kipr, Lüksemburq və Azərbaycanla üz-üzə gələcəyik. Bu matçlarda yalnız qalib gəlmək üçün vuruşmalıyıq. Kiprdəki ilk oyunda da qələbə çox vacibdir".
Qeyd edək ki, Monteneqro yığması C Liqasının 1-ci qrupunda sentyabrın 5-də Kiprlə, 3 gün sonra isə Lüksemburqla qarşılaşacaq. Azərbaycan millisi isə Monteneqro ilk oyununu oktyabrın 10-da səfərdə keçirəcək. İkinci qarşılaşma noyabrın 14-də Bakıda olacaq.