“Ötən oyunda olduğu kimi yaxşı nəticə qazanmağa çalışacağıq”.


Rekord.az xəbər verir ki, bunu Estoniya millisinin baş məşqçisi Yurgen Henn Qəbələdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunun matçından əvvəl mətbuat konfransında deyib.


Mütəxəssis Azərbaycana qələbə qazanmaq üçün gəldiklərini bildirib:


"Ötən oyunda olduğu kimi yaxşı nəticə əldə etməyə çalışacağıq. Hər bir milli komanda daha yüksək Liqada çıxış etmək istəyər. Onu da nəzərə alaq ki, bizim qrup güclü yığmalardan təşkil olunub. Qrupda yer alan digər komandalar Azərbaycan və Estoniya üçün çətin rəqiblərdir. Sabah öz oyunumuzu göstərməyə çalışacağıq. Önəmli olan komandanın performansı və meydandakı çıxışıdır".


Azərbaycan - Estoniya qarşılaşması noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.