Azərbaycanlı ağırlıqqaldıranlar dünya birinciliyində çıxışlarını başa vurublar
- 24 Sen 2024 21:00
- 316
Azərbaycan təmsilçiləri İspaniyanın Leon şəhərində keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyində çıxışlarını başa vurublar.
Rekord.az xəbər verir ki, atletlərimizdən son olaraq Nurlan Məmmədzadə körpücük üzərinə qalxıb.
89 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı toplam 322 kq (142+180) nəticə ilə 11-ci yeri tutub.
Yarışda 67 ölkədən 367 (168 qadın + 199 kişi) idmançı iştirak edib.