Azərbaycanlı atletlər lisenziya xarakterli yarışa qatılır
- 18 Dek 2019 18:40
- 1548
Sabah Qətərin paytaxtı Dohada ağır atletika üzrə 6-cı Qətər Beynəlxalq Kuboku start götürəcək.
Futbolinfo.az xəbər verir ki, Tokio-2020 Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda Asif Məmmədovun rəhbərliyi altında Azərbaycan yığmasının üzvləri də iştirak edəcəklər.
Ayın 24-dək davam edəcək yarışda qadınlarda ölkəmizi Boyanka Kostova (59 kq), kişilərdə isə Nailxan Nəbiyev (96 kq) və Əliş Nəzərov (109 kq) təmsil edəcəklər.
Qətər Beynəlxalq Kubokunda ədalət təmsilçisi olaraq beynəlxalq dərəcəli hakim Vahid Nəzərov iştirak edəcək.