Azərbaycanlı avarçəkənlər Türkiyədə “Bahar Kuboku”nda iştirak edəcək
- 10 İyn 2024 23:22
- 206
Azərbaycanın akademik avarçəkmə üzrə gənclərdən ibarət millisi Türkiyənin paytaxtı Ankarada keçiriləcək “Bahar Kuboku” reqatasında iştirak edəcək.
Rekord.az xəbər verir ki, komandamız yarışlara 1 məşqçi olmaqla ümumilikdə 5 nəfərlik heyətlə qatılacaq.
Yarışda baş məşqçi Volodimir Morozovun rəhbərliyi ilə Nurlan Paşayev, Azər İlyasov, Tunar Məmmədzadə və Fariz Babayev mübarizə aparacaqlar
“Bahar Kuboku” reqatası iyunun 11-dən 13-dək davam edəcək.