Azərbaycanlı azarkeşlər Lüksemburqla oyuna buraxılmayacaq?
- 01 Sen 2021 15:00
- 604
Azərbaycan millisi bugün dünya çempionatının seçmə mərhələsinin 3-cü turunda Lüksemburqun qonağı olacaq.
Rekord.az xəbər verir ki, milli komanda bu oyuna azarkeş dəstəyindən məhrum ola bilər.
Buna səbəb koronavirus pandemiyasının tələbləri və məhdudiyyətləridir. Belə ki, Lüksemburq Futbol Federasiyası oyun üçün stadionun tutumunun 20 faizi qədərində bilet satışa çıxardıb. Arenanın tutumunun 9 min nəfər olduğunu nəzərə alsaq, oyunu cəmi 2 min azarkeş izləyə biləcək. Qonaq azarkeşlərə isə sektor və bilet ayırılmayıb.