İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşlərinə start verilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin heyətində yarımfinala gedən yolda ilk olaraq rinqə Nərmin Əlizadə çıxıb.

48 kq çəki dərəcəsində mübarizə aparan boksçu Mahur Marikyanla (Ermənistan) döyüşüb. Əlizadə hər 3 raundda rəqibindən üstün olub. O, yekunda 5:0 (30:26, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gələrək Marikyanı mübarizədən kənarlaşdırıb.

Nərmin yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib. O, yarımfinal döyüşünə oktyabrın 2-də çıxacaq. Boksçumuzun rəqibi polşalı Silva Formela olacaq.

Avropa çempionatında 1/4 final döyüşləri sabah başa çatacaq.