Azərbaycan komandası Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında daha bir medal qazanıb.

Rekord.az xəbər verir ki, Qiyas Əhmədov - Vacib Babayev (2008-2009 təvəllüdlü) cütlüyü bürünc medala sahib çıxıblar.

Onlar 500 metr məsafəyə kayak yarışında üçüncü olublar.

Bu, Azərbaycan təmsilçilərinin 4-cü mükafatıdır. Milli üzvləri daha əvvəl qızıl, gümüş və bürünc medala yiyələniblər.

Turnir mayın 3-də başa çatacaq.