MMA-nın “RİZİN 20” yarışlarının döyüşləri baş tutub.

Rekord.az xəbər verir ki, dünya və Avropa çempionu olan azərbaycanlı idmançı Tofiq Musayev “Saitama Super Arena”da 20-ci Rizin kuboku çərçivəsində ABŞ-ı təmsil edən Conni Keyslə qarşılaşıb. Saytama şəhərində 71 kq çəkidə mübarizə aparan Musayev rəqibi Coni Keysi ilk raundda texniki nokautla məğlub edərək, finala vəsiqə qazanıb.

Musayev final görüşündə də qalib gələcəyi təqdirdə, karyerasını UFC-də davam etdirə biləcək.