Azərbaycanlı döyüşçülərdən ikisi qalib gəldi, üçü uduzdu
- 05 Noy 2023 12:30
- 397
Noyabrın 4-də Gənclər və İdman Nazirliyi və “Rizin” Döyüş Federasiyasının təşkilatçılığı ilə Bakıda “Landmark 7” beynəlxalq turniri keçirilib.
Rekord.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan yarışda Mehman Məmmədov (59,5 kq) və Tofiq Musayev (70,5 kq) rəqibləri ilə mübarizədə qalib gəliblər.
Digər MMA döyüşçüləri Tural Rəhimov (71 kq) və Nəriman Abbasovun (71 kq) qarşılaşması rəqiblərin qələbəsi ilə yekunlaşıb.
Günün əsas və son qarşılaşması Vüqar Kərəmov (66 kq) və yaponiyalı Çihiro Suzuki (66 kq) arasında olub. İlk raundda qalib gələn Suzuki kəmərə sahib çıxıb.