Azərbaycanlı duet dünya çempionatının finalına yüksəldi
- 10 Mar 2022 16:30
- 527
Azərbaycan təmsilçiləri Daniel Abbasov və Murad Rəfiyevdən ibarət duet Bakıdakı akrobatika gimnastikası üzrə dünya çempionatında finala vəsiqə qazanıblar.
Rekord.az xəbər verir ki, cütlük templə hərəkətlərdə 26,600 xalla 5-ci olub.
7 ölkənin mübarizə apardığı növdə ən yaxşı 6 komanda finala yüksəlib. Final martın 12-də olacaq.
Martın 13-dək davam edəcək mundiala 17 ölkədən 170 idmançı qatılıb. Gimnastlar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə mübarizə aparırlar. Yarışda Azərbaycanı gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyevlə yanaşı, qarışıq cütlüklər tərkibində beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət duetlər təmsil edəcək.