Azərbaycanlı dünya çempionu “Karabakh is Azerbaijan” maskası taxdığı üçün cəzalandırılıb FOTO
- 13 Mar 2021 17:00
- 978
“Dünya Kubokunda üzərində “Karabakh is Azerbaijan” (Qarabağ Azərbaycandır) sözləri yazılmış maska taxmışdım. Buna görə məni Ümumdünya Güləş Birliyi üç aylıq yarışlardan diskvalifikasiya edib və 10 min manat məbləğində cərimələyib. Hələlik mənim diskvalifikasiyam bitməyib. İnşallah, apreldə Varşavada keçiriləcək Avropa çempionatına kimi cəzamın müddəti başa çatacaq. Qismət olsa, mayda Sofiyada keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində də iştirak edə bilərəm”.
Rekord.az xəbər verir ki, bunu oxu.az-a yunan-Roma güləşi üzrə millimizin aparıcı üzvlərindən olan Eldəniz Əzizli deyib.
2018-ci ilin dünya və Avropa çempionu ötən ilin dekabrında Serbiyanın paytaxtı Belqradda keçirilmiş Fərdi Dünya Kubokunda bürünc medal qazanıb. Həmin vaxt onun taxdığı, üzərində “Karabakh is Azerbaijan” yazılan maska ermənilərin xoşuna gəlməyib və bundan təşkilatçılara və Ümumdünya Güləş Birliyinə (UWW) şikayət olunub. Nəticədə UWW-nin Hüquq və Etika Komissiyası idmançımızı üç aylıq cəzalandırıb.