Azərbaycan idmanına itki üz verib.

Rekord.az xəbər verir ki, dünən gecə qəflətən halı pisləşən zorxana ustası Rüfət Gülaliyev vəfat edib.

Əslən Laçın rayonundan olan Rüfət Gülalıyev 1998-ci ildə anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. Zorxana ustası Avropa və dünya çempionluğundan əlavə, 4-cü İslam Həmrəyliyi Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanıb. (Report)