Almaniyanın Nürnberq vilayətində uşaqlar arasında futbol turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnirdə Wolframs-Eschenbach qəsəbəsinin komandası da iştirak edib və turnirin qalibi adını qazanıb.

Sevindirici məqam odur ki, qalib komandanın heyətində azərbaycanlı futbolçu da var. Bu, Pənah Mikayılovdu. Pənah 2016-cı il iyulun 7-də Almaniyada anadan olub. Pənahın atası Arif Pənahoğlu əslən Laçın rayonundandır və 10 ilə yaxındır ki, Almaniyada yaşayır.